Novxanıda ev, qaraj və avtomobil yandı

Hazırda oxunan: Novxanıda ev, qaraj və avtomobil yandı

238409

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əyşalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdə “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin