Nizamidə həyəcanlı ANLAR – Özünü krandan atmaq istəyən şəxs belə xilas edildi – ANBAAN VİDEO

Hazırda oxunan: Nizamidə həyəcanlı ANLAR – Özünü krandan atmaq istəyən şəxs belə xilas edildi – ANBAAN VİDEO

238269

Axşam saatlarında intihara cəhd hadisəsi olub.

Bizim.Media xəbər verir ki, bir nəfər vətəndaş paytaxtın Nizami rayonu ərazisində qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.


Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Şəmiyev Nicat Mübariz oğlu qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin