Göyçayda “8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirildi - FOTO

Hazırda oxunan: Göyçayda “8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirildi - FOTO

238255

Göyçayda “8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirilib.

Bizim.Media-nın aran bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, təyyarə qəzası zamanı həlak olmuş qəhrəman bacı və qardaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildirib ki, Azərbaycanın çoxəsrlik tarixinin bütün dövrlərində qadın zərifliyin, ülviyyətin təcəssümü hesab edilmiş, ona hər zaman dərin ehtiram göstərilmişdir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərindən biridir.

Qeyd edilib ki, Azərbaycan qadınları milli dövlət quruculuğu prosesində yaxından iştirak edir, əzmlə çalışırlar. Rayon qadınları daha çox təhsil, səhiyyə və mədəniyyət sahələrində, dövlət qulluğunda təmsil olunaraq xalqa və dövlətə sədaqətlə xidmət edirlər.

Daha sonra rayonun ictimai-siyasi həyatında və mədəni-kütləvi tədbirlərində fəal iştirak edən bir qrup qadın rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

Tədbirin sonunda rayon Mədəniyyət Mərkəzinin aktyorlarının səhnələşdirdiyi “Qayınana” tamaşası nümayiş edilib.












Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin