Aliment ödəməkdən boyun qaçıranlara XƏBƏRDARLIQ – Yeni mexanizm YARADILA BİLƏR

Hazırda oxunan: Aliment ödəməkdən boyun qaçıranlara XƏBƏRDARLIQ – Yeni mexanizm YARADILA BİLƏR

238125

“Məhkəmə qərarlarının icrası ilə bağlı şikayətlər sırasında aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi barədə şikayətlər çoxluq təşkil edib”.

Bizim.Media xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsini təqdim edərkən deyib.
 

O bildirib ki, alimentin borclu tərəfindən müxtəlif səbəblərdən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, borclunun icra qurumlarından gizlənməsi məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir.


“Mövcud boşluqlar nəzərə alınaraq, alimentlə bağlı məhkəmə qərarlarının icrası metodlarının təkmilləşdirilməsi, habelə Ombudsmanın əvvəlki illik məruzələrində də irəli sürülən təkliflər nəzərə alınmaqla alimentin ödənilməsinə vahid dövlət nəzarət mexanizminin yaradılması günün tələbinə çevrilib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin