Yol Polisindən 8 Martla bağlı MÜRACİƏT

Hazırda oxunan: Yol Polisindən 8 Martla bağlı MÜRACİƏT

238119

"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir, həmin gün yol hərəkətində iştirak edən hər kəsin diqqətli və məsuliyyətli davranmasının vacibliyini bir daha xatırladırıq".

Bizim.Media xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, bu il 8 Martın həftəsonuna təsadüf etməsi şəhərdaxili yollar və əsas magistrallarda, istirahət mərkəzlərinə və rayonlara gedən yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artacağını göstərir:

"Bu isə sürücülərdən və piyadalardan daha çox diqqət və məsuliyyət tələb edir. Sürücülər sükan arxasında diqqətli olmalı, sürət həddinə riayət etməli, piyada keçidlərindən yalnız nəzərdə tutulmuş qaydalara uyğun istifadə etməlidirlər. Yolda tələskənlik, qaydalara laqeyd yanaşmaq və diqqətsizlik xoş olmayan hadisələrlə nəticələnə bilər.
 

Piyadalar da yollarda ehtiyatlı davranmalı, qəfil yolun hərəkət hissəsinə çıxmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidirlər".


"Unutmayaq ki, hər birimizin sağlamlığı və təhlükəsizliyi ilk növbədə özümüzdən asılıdır. Bayram günlərini xoş xatirələrlə yadda saxlamaq üçün yol hərəkəti qaydalarına əməl edək", - deyə müraciətdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin