Oruc tutan insanların qarşılaşdıqları problemlərdən biri ağız qoxusudur.
Bizim.Media xəbər verir ki, iftarla imsak arasında şəkərli qidaların qəbulu ən çox edilən səhvlərdən biridir. Bu zaman aralığında dişlərinizi fırçalamaq, təkcə fırçalamaq deyil, diş ipindən istifadə etmək, hətta yanaqlarınızın içini yumşaq bir fırça ilə təmizləmək son dərəcə vacibdir.
İftar və sahur arasında istehlak edilən qidaların seçimi ağız qoxusuna çox təsir edir. Yüksək protein və yağlı qidalar ağız qoxusuna səbəb olur.
Ramazanda ağız qoxusunun və diş sağlamlığı ilə bağlı problemlərin qarşısını almaq üçün dişlərinizi mütəmadi olaraq təmizləmək və yüngül qidalar seçmək çox mühümdür.
Oruc tutarkən ağız qoxusunun qarşısını necə almaq olar?
- İftardan sonra və xüsusilə sahurdan sonra dişlərinizi müntəzəm olaraq fırçalayın.
- Diş ipindən istifadə edin. Çünki qida və bakterial qalıqları təmizləyərək diş fırçasının çata bilmədiyi yerlərdə bakteriyaların artmasının qarşısını alır.
- Ramazanda soğan, sarımsaq kimi qidalardan çox istifadə etməyin. Bu qidaların qəbulu nəticəsində aromatik birləşmələr qana keçir və ağciyərlərdən xaric edilərkən ağız qoxusuna səbəb olur.
- Siqaret istehlakını azaldın. Siqaret ağızda quruluq və ağız qoxusuna səbəb olur.
- Tərkibində ksilitol olan şəkərsiz saqqız çeynəyin.
- Müvafiq qida və içkilərdə darçın istifadə edərək ağız bakteriyalarını azaldın.
- Şəkərli qidalardan uzaq durun. Bu növ qidalar ağız qoxusuna səbəb olan bakteriyalar üçün qida mənbəyidir.
- İftar və sahurda bol su için. Ağızda bakteriyaları minimuma endirir və tüpürcək ifrazını artıraraq ağız qoxusunu azaldır.
- Pomidor, xiyar, cəfəri və alma kimi tərkibində yüksək su olan tərəvəz və meyvələri istehlak edin. (qafqazinfo.az)
Bizim.Media