Avropa İttifaqı (Aİ) sammitində Avropa Komissiyasının təklif etdiyi Avropanın hərbiləşdirilməsi planı razılaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının hərbiləşdirmə planını onun 27 üzvündən 26-sı dəstəkləyib.
Həmçinin Aİ liderləri müdafiə xərcləri üçün əlavə 800 milyard avro toplamaq barədə razılığa gəliblər
Mənbə bildirib ki, Macarıstan Avropa Komissiyasının Ukraynaya hərbi yardımı genişləndirmək planını dəstəkləməyib.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 4-də qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün “Avropanın yenidən silahlanması” adlı plan təklif edib.
Bizim.Media