Ağdam-Füzuli yolundakı qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Hazırda oxunan: Ağdam-Füzuli yolundakı qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

238066

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) 06.03.2025-ci il tarixində saat 19:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

"Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda deyilir.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin