Ev heyvanlarının nəqliyyat vasitəsində daşınması ilə bağlı tez-tez sərnişinlərlə avtobus sürücüləri arasında mübahisə baş verir. Baş verən mübahisələr ən çox “BakuBus”un avtobuslarında yaşanır. Bəs ev heyvanlarının nəqliyyat vasitəsində daşınmasının şərtləri necədir?
Hüquqşunas Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var:
“Ev heyvanlarının ictimai nəqliyyatda daşınması ilə bağlı Nazirlər Kabinetinin 141 saylı qərarı var. Qərarda göstərilir ki, ev heyvanları xüsusi qəfəslərdə nəqliyyat vasitəsində daşına bilər. İctimai nəqliyyatın iki növü var: taksi və avtobuslar. Taksilərdə ev heyvanlarının daşınması sadədir, çünki bu fərdi sifarişlə həyata keçirilir. Taksi sürücüsü ilə razılaşmaqla heyvan sahibi bunu həyata keçirə bilər. Amma avtobuslarda tələb elədir ki, yalnız xüsusi qəfəslərdə olan heyvanları daşınması mümkündür. Açıq şəkildə böyük itləri aparmaq olmaz. “BakuBus”da bunun qadağan olunması həm çirkləndirməylə, həm də təhlükəsizliklə bağlıdır. Məsələn, açıq şəkildə daşınan it qəfildən sərnişinlərə hücum edə bilər. “BakuBus” buna görə haqlıdır və Nazirlər Kabinetinin qərarına uyğun olaraq hərəkət edir”.xa0
Vasif Əlihüseyn
































































































