Azərbaycanda törətdiyi əmələ görə ömürlük azadlıqdan məhrum olanlar var. Onlar ömürlərinin qalan hissəsini doğmalarından, dost-tanışdan ayrı və adət etdikləri vərdişlərdən uzaq şəkildə yaşamağa məhkum olurlar.
Törətdikləri əməlin miqyasından asılı olaraq ömürlük həbsə məhkum olanlar elə məhbəsdə də vəfat edirlər.
Bəs onlar vəfat etdikdə nəşləri yaxınlarına təhvil verilirmi?
Məsələyə münasibət bildirən Ömürlük Məhbusların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Akif Nağı Bizim.Media-ya deyib ki, onların nəşi yaxınlarına təhvil verilir:
“Sovet vaxtında xüsusi cinayət törətmiş insanlar üçün xüsusi qəbiristanlıqlar var idi. Bakıda da belə bir qəbiristanlıq var idi. İndi isə ömürlük həbsdə olanlar dünyasını dəyişəndə nəşləri ailələrinə təhvil verilir.
Yaxınları imtina edərsə, dövlət özü həmin şəxsi dəfn edir. Amma elə hadisə nadir hallarda olur. Mən illərdir onların hüquqlarının müdafiəsi ilə məşğulam, amma elə bir hala rast gəlməmişəm ki, kimsə ömürlük həbs cəzası çəkən yaxınından imtina eləsin. Mütləq həmin nəsildən kimsə çıxıb, bu işi icra edir”.
Akif Nağı ömürlük məhbusların bir neçə cinayətlə bağlı həbs olunduqlarını bildirib:
“Ömürlük həbsdə olanların bir neçə kateqoriyası var. Bunlara 1990-cı illərdə dövlət çevirilişinə cəhd edənlər (OMON-çular), Qarabağ partizanları deyilən qrupdan bir nəfər var. 1998-ci ildə güllələnmə verilmiş şəxslərin də cəzası Milli Məclisin qərarı ilə ömürlük həbslə əvəzləndi. Həmin il ölkədə ölüm hökmü ləğv olunduğu üçün onların cəzası dəyişdirildi”.
O, ölkədə ömürlük həbs olunanların dəqiq sayını bilmədiyini qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 07.03.2025
Ömürlük həbsə məhkum olanların nəşi harada DƏFN OLUNUR?
Hazırda oxunan: Ömürlük həbsə məhkum olanların nəşi harada DƏFN OLUNUR?
Hazırda oxunan: Ömürlük həbsə məhkum olanların nəşi harada DƏFN OLUNUR?
238010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.