Bakıda qardan sonra dağılan yolların təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda qardan sonra dağılan yolların təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA

237977

Davamlı yağan qardan sonra paytaxtın əksər yollarında asfalt örtüyündə dağılmalar və çuxurlar yaranıb.

Xatırladaq ki, bir neçə gün öncə “Koroğlu” metrostansiyasına yaxın ərazidə prospektin əsas hissəsi çökmüşdü. Bundan əlavə Heydər Əliyev prospektində,  Zabrat, Bayıl qəsəbələrində, Yasamalda əksər yollar bu vəziyyətdədir. Bakı-Sumqayıt yolu da eyni durumdadır.  

Bəs yollarda yaranan bu problemlərlə bağlı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, qardan sonra yaranan problemlər aradan qaldırılacaq.

“Yaxın müddətdə şəhərdə yollarda yaranan problemlərlə bağlı tədbirlər görüləcək və sözügedən ərazilərdə təmir işlərinə başlanılacaq”.

Aygün Hüseyn, Bizim.Media                                              

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin