İki ay əvvəl Lənkəranda itkin düşən balıqçının meyiti İranda TAPILDI – FOTO

Hazırda oxunan: İki ay əvvəl Lənkəranda itkin düşən balıqçının meyiti İranda TAPILDI – FOTO

237972

İranın sosial şəbəkələrində Bəndər-Ənzəli şəhərindəki Ənzəli limanında balıqçı meyiti tapılması barədə foto paylaşılıb. Həmin fotonun Lənkəranda itkin düşmüş hesab edilən balıqçılardan biri Mahmud İbayevin cəsədi olduğu ehtimal olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, M. İbayevin qardaşı Rəşad İbayev şəkildən qardaşının cəsədinin olduğunu təsdiq edib. Hazırda qardaşı qonşu dövlətdən cəsədi götürmək üçün dövlət orqanlarından köməklik istəyir:

"Bütün bu günlər ərzində qardaşımın sağ tapılması üçün ümid edirdik. Lakin bu gün səhər saatlarında dənizdə meyit aşkarlanması barədə sosial şəbəkələrdə şəkil paylaşıldı. Mən şəkilə baxdıqda meyitin üzərində olan kombinezon, qara köynək və əlcəklərindən qardaşımın olduğunu tanıdım. İndi isə dövlətimizdən qardaşımın meyitinin İran tərəfdən təhvil alınması üçün kömək istəyirik. Nə qədər orada cəsədi dəfn etməyiblər, biz təhvil ala bilək ki, özümüz dəfn edək," – deyə R. İbayev bildirib.

Qeyd edək ki, Lənkəranda balıqçılar – Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov bu ilin yanvar ayında Xəzərin Lənkəran sularında itkin düşmüşdülər.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin