Erməni bloger Azərbaycandan sığınacaq istədi - FOTO

Hazırda oxunan: Erməni bloger Azərbaycandan sığınacaq istədi - FOTO

237966

Erməni bloger və aktivist İşxan Verdyan Prezident İlham Əliyevə müraciət edərək Azərbaycandan siyasi sığınacaq istəyib.

Bizim.Media xəbər verir ki, hazırda İstanbulda yaşayan Verdyan bu barədə Telegram kanalında paylaşım edib.

O bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığına görə Ermənistanda onun barəsində cinayət işi başladılıb.

Verdyan vurğulayıb ki, Ermənistan hökuməti ona ömürlük həbs cəzası vermək istəyir: “Bildirmək istəyirəm ki, Ermənistana qayıtmağım həbsimə gətirib çıxaracaq, beynəlxalq axtarışa verilməyim isə Ermənistanda həbsxanadan başqa digər hər yerin qapılarını mənə bağlayır.

Hörmətli cənab Prezident, mövcud reallıqları və vətəndaşlığım olan ölkəyə qayıtmağımın qeyri-mümkünlüyünü nəzərə alaraq, mənə Azərbaycanda siyasi sığınacaq verməyinizi xahiş edirəm”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin