Falçı videozəng vasitəsilə 49 yaşlı qadını aldadıb 1 milyondan çox pulunu ələ keçirdi – FOTO

Hazırda oxunan: Falçı videozəng vasitəsilə 49 yaşlı qadını aldadıb 1 milyondan çox pulunu ələ keçirdi – FOTO

237936

Rusiyada tarot falçısı 49 yaşlı qadını aldadaraq 1milyon 200 min rublunu ələ keçirib.

Bizim.Media xəbər verir ki, Yeysk şəhərindən olan 49 yaşlı sahibkar Natalya 2025-ci ildə onu nələrin gözlədiyini bilmək üçün internetdə tapdığı tarot baxıcısına müraciət edib.

Qadın tarotçudan bu il ərzində onu nələrin gözlədiyini və nə vaxt nənə olacağını soruşub və bir neçə min rubl qarşılığında kartla fal baxdırıb.

Samara vilayətindən olan 20 yaşlı Olya özünü tarotçu kimi təqdim edib və kartlarla fala yaxşı baxdığını bildirib.

O, videozəng vasitəsilə müştəri üçün kart açıb və inandırıb ki, onu xoşbəxt gələcək gözləyir.

Proses zamanı Natalya falçıya telefonunda bank məlumatlarını göstərib. Bunu görən falçı bütün pulları - 1 milyon 200 min rublu müştərinin hesabından oğurlayıb.

Tarot falçısına qarşı külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb. O, hər şeyi etiraf edib və hazırda yaşayış yerini tərk etmək qadağası altındadır.

Qeyd olunub ki, bu, Natalyanın başına gələn ikinci analoji hadisədir.O, 2016-cı ildə oğurluq hadisəsinin qurbanı olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin