Ali Məhkəmədə qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmədə təqsirləndirilən İlkin Baxşəliyevin barəsindəki qərardan verilən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, 08 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üstündə müvafiq qaydada aparılan baxış zamanı bir ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.
Yevlax rayon Məhkəməsinin hökmü ilə İlkin Baxşəliyev 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Daha sonra dövlət ittihamçısı kassasiya protesti Ali Məhkəməyə müraciət edib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:53 / 06.03.2025
Dəmir yol stansiyasında "Makarov"la gəzən şəxslə bağlı QƏRAR
Hazırda oxunan: Dəmir yol stansiyasında "Makarov"la gəzən şəxslə bağlı QƏRAR
Hazırda oxunan: Dəmir yol stansiyasında "Makarov"la gəzən şəxslə bağlı QƏRAR
237918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.