"Zaminbank" ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt-sterlinq (5.4 milyon AZN) pul aşkar edilib və Azərbaycanın icra şöbəsinin həmin hesab üzərinə həbs qoyulması müraciəti edilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi icra şöbəsinin təqdimatını təmin edib.
Qərara əsasən, Nadir İsmayılova məxsus 5 milyon manatlıq bank hesabına həbs qoyulub.
Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə "Zaminbank"ın sədri olub.
Mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı ilə sübut edilib ki, "Zaminbank"ın ümumi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84.5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Sözügedən səbəbdən bank sahibinin Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi. ("Qafqazinfo")
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:18 / 06.03.2025
Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
Hazırda oxunan: Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
Hazırda oxunan: Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
237912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.