DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

237910

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bizim.Media “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonu üzrə Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin