Lənkəranda ata və oğulun xəsarət alması ilə nəticələnən yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evlərinin birində baş verib.
Yanğın 1961-ci il təvəllüdlü kənd sakini Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evinin zirvəsində qeydə alınıb.
Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu Murad Əliyev xəsarət alıblar. Xəsarət alan 64 yaşlı Z.Əliyevin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən alovun evə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:39 / 06.03.2025
Lənkəranda ev külə döndü - Xəsarət alanlar var
Hazırda oxunan: Lənkəranda ev külə döndü - Xəsarət alanlar var
Hazırda oxunan: Lənkəranda ev külə döndü - Xəsarət alanlar var
237904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.