Gəncədə maşınlar toqquşdu, bir nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə maşınlar toqquşdu, bir nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO

237880

Gəncədə xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı avtomobil VAZ 2107 markalı maşınla toqquşub. Nəticədə avtomobillərdən biri ağaca çırpılıb. 
 

Qəza zamanı VAZ 2107 markalı avtomobildə olan 1999-cu il təvəllüdlü S.Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinın orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin