İki qardaş nazirlikdən agentliyə KEÇDİ

Hazırda oxunan: İki qardaş nazirlikdən agentliyə KEÇDİ

237877

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Asif Verdiyev və Rafiq Verdiyev qardaşları Azərbaycan Su Ehtiyatları Agentliyində (ADSEA) işə başlayıblar.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Asif Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru vəzifəsində çalışıb.

Ona ADSEA-ya daxil olan qurumların birində vəzifə verilib.
 

Rafiq Verdiyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini vəzifəsində işləyirdi. O, bir müddət əvvəl Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri vəzifəsinə başlayıb.


Hər iki təyinat bu ilin əvvəlində baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin