Şəmkirdə YANĞIN: Elektrik enerjisinin verilişi dayandı

Hazırda oxunan: Şəmkirdə YANĞIN: Elektrik enerjisinin verilişi dayandı

237871

Şəmkirdə geniş ərazidə yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazi yanıb.

Əraziyə FHN-nin Şəmkir rayon  yanğından mühafizə idarəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub.
 

İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilişi dayandırılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin