Reket jurnalistlərə HÖKM OXUNDU

Hazırda oxunan: Reket jurnalistlərə HÖKM OXUNDU

237824

"Bizim dövr" qəzetinin, eləcə də "Aktualinfo.az" saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən jurnalistlərə hökm oxunub.
 

Belə ki, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il azadlıqdan məhrum edilib.


Xatırladaq ki, dövlət ittihamçısı Surxay Əliyevin 8 il 6 ay, Hikmət Nəcəflinin isə 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.

Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdilər.

Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs edilib. Onun da cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin