AKHA-dan mühüm ADDIM – Qarabağ Universitetinin tələbələrinə dəstək LAYİHƏSİ – FOTO

Hazırda oxunan: AKHA-dan mühüm ADDIM – Qarabağ Universitetinin tələbələrinə dəstək LAYİHƏSİ – FOTO

237814

4-5 mart tarixlərində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı ilə Qarabağ Universitetində “Müxtəlif Mühitlərdə Tibbi və Psixoloji Dayanıqlılıq” mövzusunda layihəyə start verilib.

Bizim.Media xəbər verir ki, tədbirin əsas məqsədi tələbələr üçün motivasiya, adaptasiya və stressin idarə edilməsi kimi mühüm mövzularda bilik və bacarıqların artırılması olub.
 

Tədbirdə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva çıxış edərək bildirib ki, Qarabağ Universiteti tələbə gənclərin inkişafı, onların sağlam və bilikli vətəndaşlar kimi yetişməsi istiqamətində həyata keçirilən bütün faydalı təşəbbüslərə və əməkdaşlıqlara önəm verir.


Seminarda AKHA sədri Oktay Mehdiyev layihənin əhəmiyyətindən danışaraq Qarabağ Universitetində belə təşəbbüslərin keçirilməsinin bölgədə səhiyyə və psixoloji dəstəyin inkişafına töhfə verəcəyini vurğulayıb. Daha sonra Aytəkin Haşımova layihənin mahiyyəti, seminarın proqramı və tədris olunan modullar haqqında geniş məlumat təqdim edib.

Seminarda çıxış edən psixoloq Ramidə Oktayqızı isə motivasiya, adaptasiya və stressin idarə edilməsi kimi mühüm mövzulara toxunub. O, iştirakçılara müxtəlif sosial və peşə mühitlərində psixoloji dayanıqlılığın qorunması üçün praktik üsullar təqdim edib.

İki gün davam edən tədbirdə iştirakçılar müxtəlif interaktiv müzakirələr aparıb, psixoloji və peşəkar inkişaf üçün vacib biliklər əldə ediblər. Seminar çərçivəsində təqdim olunan bilik və təcrübələrin səhiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislərə və tələbələrə gələcək fəaliyyətlərində dəstək olacağı bildirilib.

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası gələcəkdə də bu kimi maarifləndirici tədbirlərin davam etdirilməsini planlaşdırır.

































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin