Əhaliyə işıqla bağlı XƏBƏRDARLIQ: Martın 11-dək...

Hazırda oxunan: Əhaliyə işıqla bağlı XƏBƏRDARLIQ: Martın 11-dək...

237781

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, qurumun Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 5, 6, 7, 10 və 11 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin