Bakıda bank kartlarından 25 min manat oğurlandı

Hazırda oxunan: Bakıda bank kartlarından 25 min manat oğurlandı

237779

Bakı şəhərində bank kartından oğurluqda və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən – 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Səbail rayonu ərazisində bir nəfərin bank kartından 105 manatını oğurlamaqda şübhəli bilinən 19 yaşlı N.Piraliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin