Azərbaycan yığmasının keçmiş üzvü Moskvada həbs olundu – FOTO

Hazırda oxunan: Azərbaycan yığmasının keçmiş üzvü Moskvada həbs olundu – FOTO

237778

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Abdulla Abatsiyev Moskvada həbs olunub.

Bizim.Media xəbər verir ki, millimizin keçmiş oyunçusu fırıldaqçı dəstənin kuryeri olmaqda ittiham edilir.

Həmin dəstə fırıldaqçılıqla 14 milyon rubl (265 min 188 manat) əldə edib. A.Abatsiyev də bu fırıldaqda iştirakçı olub.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. Futbolçu Preobrajenski Rayon Məhkəməsi tərəfindən həbs edilib.

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib. O, ölkəmizdə “Sumqayıt” və “İnter” klublarında oynayıb. (“Qafqazinfo”)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin