İş dəftərləri şagirdlərə PULSUZ veriləcək? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: İş dəftərləri şagirdlərə PULSUZ veriləcək? – MÜHÜM AÇIQLAMA

237757

Şagirdlərə dərsin mövzusunu mənimsəmək üçün əlavə vəsaitlər təklif olunur. Əvvəlki illərdə yalnız məktəb kitabxanalarındakı kitablar, ensiklopediyalar, televiziyadakı sənədli filmlərlə kifayətlənmək mümkün idi.

Kurrikulumun tətbiqi ilə şagirdlər bir neçə əlavə vəsaitdən istifadə etməli oldular. Bunlara test topluları, iş dəftərləri və digər vəsaitlər aiddir. Bildiyimiz kimi, dövlət uşaqları dərsliklə təmin edir, lakin sentyabrda bir uşağını məktəbə yola salmaq  valideynə təxminən 300-500 manata başa gəlir. Ona görə də valideynlər əlavə dərs vəsaitlərinin hamısını ala bilmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?


Elm və təhsil naziri Emin Əmrullayev ötən il mətbuat üçün keçirdiyi brifinqdə bu məsələyə toxunaraq, siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparıldığını bildirib.

Martın 3-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Milli Məclisdə 2024-cü il üzrə məruzəsində də eyni problemə toxunulub. Bildirilib ki, təhsil müəssisələrində öz həllini tapmayan məsələlərdən biri də tədris prosesində istifadəsi tələb olunan iş dəftərlərinin şəxsi vəsait hesabına alınmasıdır.

Qeyd olunub ki, orta təhsil icbari və dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün dərsliklər və onların komplektləri də şagirdlərə ödənişsiz təqdim edilməlidir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimovanın fikirlərini öyrəndik.

Deputat Bizim.Media-ya açıqlamasında bu təklifi dəstəklədiyini bildirib:

“Əslində, yaxşı təklifdir. Ən azı, bu addım aztəminatlı ailələrə böyük dəstək olar. Amma çox istəyirəm ki, ümumiyyətlə, iş dəftərlərinə ehtiyac qalmasın. Dərsliklərimiz elə hazırlansın ki, xüsusilə, ibtidai sinifdə təhsil alan balacalar lüzumsuz ağırlıqla yorulmasın. Bütün bilik və məlumat ötürücüsü elə oxuduqları sadə formada, fikirdə səlislik əsas götürülməklə dərsliklər olsun”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin