Bərdə Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Bizim.Media xəbər verir ki bunula bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
Əmrə əsasən, Vüsal Məmmədov Bərdə Rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Ölkədə yeni tibb mərkəzləri yaradıldı
Qeyd edək ki, Vüsal Məmmədov 2003-cü ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim kimi əmək fəaliyyətinə başlayıb.
V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyir.
Qeyd edək ki, bundan əvvəl rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyən Nizami Mehdizadə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Bizim.Media