33 il sonra Həsənrizdə çərşənbə tonqalı QALANDI - VİDEO

Hazırda oxunan: 33 il sonra Həsənrizdə çərşənbə tonqalı QALANDI - VİDEO

237699

Həsənriz kəndində 33 ildən sonra ilk dəfə çərşənbə tonqalı yandırıldı.

Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, öz doğma torpaqlarına qayıdan sakinlər Od çərşənbəsini bayram coşqusu ilə qeyd ediblər. 

Kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər burada bir-birlərini təbrik ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza keçmiş  məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir. Ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə 25 ailə, 91 nəfər köçürülüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin