Qusarın 4 kəndində həkim çatışmazlığı var, kəndlilər rəhbərliyə müraciət etdilər - FOTO

Hazırda oxunan: Qusarın 4 kəndində həkim çatışmazlığı var, kəndlilər rəhbərliyə müraciət etdilər - FOTO

237681

Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanovun növbəti səyyar qəbulu rayonun Əniqoba kəndində baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
 

Görüş zamanı kənd sakinləri Hiloba-Yasaboba-Əniqoba yolunun təmiri, Xuluqoba kəndinin qazlaşdırılması, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, əlavə transformatorların quraşdırılması ilə bağlı müraciətlərini səsləndiriblər.


Kəndlilər həmçinin yay aylarında ərazidə suvarma və içməli su çatışmazlığı, həmçinin yanacaq odununun gətirilməsində çətinliklərlə üzləşdiklərini bildirib və Əniqoba da daxil olmaqla, ətraf dörd kənddə həkim çatışmazlığından əziyyət çəkdiklərini deyiblər.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib, edilən müraciətlər nəzarətə götürülüb. 

Səyyar qəbuldan sonra S. Məmmədxanov Əniqoba kənd tam orta məktəbində dərs prosesi ilə tanış olub, şagirdlərin təhsil göstəriciləri ilə maraqlanıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin