Təyyarə qəzasında həyatını itirən ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verildi - FOTO

Hazırda oxunan: Təyyarə qəzasında həyatını itirən ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verildi - FOTO

237665

Qəhrəman ekipaj üzvlərimizin - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın şəxsi və əmək fəaliyyəti ilə bağlı əşyalarını ailələri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.

Bildirilib ki, təqdimetmə mərasiminin iştirakçıları Milli Qəhrəmanlarımızın göstərdiyi şücaət və fədakarlığın xalqımızın yaddaşında əbədi qalacağını qeyd ediblər.

"Qəhrəman ekipaj heyətimizə məxsus əşyaların muzeyə təqdim olunması, onların qəhrəmanlığının əbədiləşdirilməsi AZAL kollektivi üçün böyük şərəf və qürur mənbəyidir", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, AZAL aviaşirkətinə məxsus "Embraer" təyyarəsinin qəzası 2024-cü il dekabrın 25-də baş verib. Təyyarə Bakıdan Qroznıya uçurdu, lakin iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü Qırğızıstan vətəndaşı), onlardan 38-i həyatını itirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin