Azyaşlı qızını kəmərlə döyən ana AXTARILIR – RƏSMİ/VİDEO

Hazırda oxunan: Azyaşlı qızını kəmərlə döyən ana AXTARILIR – RƏSMİ/VİDEO

237663

Ötən gün Bakıda ananın azyaşlı qızına şiddət göstərməsi və videoya çəkməsi ilə bağlı məlumat yayılmışdı. Uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə ana azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Bizim.Media xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, azyaşlıya işgəncə verilməsi hadisəsi nəzarətə götürülüb: “Azyaşlı M.R.-ə anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib.

Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda F. Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı qeyd edilib. Hazırda F. Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır”. (“Qafqazinfo”)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin