Azərbaycanda psixi xəstələrin sayı 100 mindən çoxdur. 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin ümumi sayı 113 min 216 nəfərə çatıb. Həmin ildə ilk dəfə psixi xəstəliklə diaqnoz qoyulanların sayı isə 10 min 108 nəfərdir. 2022-ci ildə isə bu rəqəm 6 min 983 nəfər olub. Bu da ölkədə psixi xəstələrin sayının artdığını göstərir.
Bu mövzu martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında da səsələndirilib. Azərbaycanda insan hüquqlarının qorunması haqqında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub ki, Səhiyyə Nazirliyinin tabeliyindəki psixiatriya müəssisələrində sıxlıq problemi var.
Ölkədə olan psixiatriya müəssisələrinin ümumi sayı
Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə 10 Psixiatrik xəstəxana mövcuddur. Bunlardan ikisi Bakıda yerləşir.
Onlardan əlavə, 3 psixiatrik Mərkəz və 3 dispanserin fəaliyyət göstərdiyi də vurğulanıb.
Müəssisələrin sayının artırılmasına gəldikdə isə 2018-ci ildə Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanalarının tikiləcəyi deyilmişdi. Bunun üçün 2018-ci il iyunun 8-də tender də elan olunub.
Bu məsələ ilə bağlı isə Səhiyyə Nazirliyindən saytımıza məlumat verilib ki, Gəncə və Şəkidə yeni Psixiatriya xəstəxana binalarının tikintisi Dövlət İnvestisiya Proqramına daxil edilib. Maliyyə vəsaiti ayrıldığı təqdirdə layihə-smeta sənədlərinin hazırlanmasına və tikintinin başlanması məqsədi ilə işlər aparılacaq.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 05.03.2025
Azərbaycanda daha iki psixiatriya xəstəxanası TİKİLƏCƏK – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda daha iki psixiatriya xəstəxanası TİKİLƏCƏK – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda daha iki psixiatriya xəstəxanası TİKİLƏCƏK – RƏSMİ
237653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.