İran həbsxanasından qurtulan Fərid Səfərli Almaniyaya GETDİ

Hazırda oxunan: İran həbsxanasından qurtulan Fərid Səfərli Almaniyaya GETDİ

237638

Yanvarın 18-dən İran həbsxanasından azad edilən azərbaycanlı tələbə Fərid Səfərli Almaniyaya gedib.

Bizim.Media xəbər verir ki, yaxınlarının dediyinə görə, o, karyerasını davam etdirməsi üçün yenidən Almaniyaya qayıdıb:

“Fərid iş fəaliyyətinə başlamadan öncə Bakıda TƏBİB-in həkimləri tərəfindən müayinə olundu, ona orta ağır dərəcəli depressiya diaqnozu qoyuldu. Hazırda müalicəsi davam edir. Eyni zamanda, o data analizi mütəxəssisi kimi işini davam etdirəcək”.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər.

Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.

Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin