Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur.
Bizim.Media xəbər verir ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib:
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şagirdləri təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki şagirdlər həmin məktəbin 10d sinif şagirdləridir", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət ünvanlanıb.
Qurumun media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğuya cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi haqqında əlavə məlumat veriləcək. ("Baku.ws")
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:30 / 04.03.2025
Bakıda idman müəllimi şagirdləri təhqir edib? - ARAŞDIRMA BAŞLADI - VİDEO
Hazırda oxunan: Bakıda idman müəllimi şagirdləri təhqir edib? - ARAŞDIRMA BAŞLADI - VİDEO
Hazırda oxunan: Bakıda idman müəllimi şagirdləri təhqir edib? - ARAŞDIRMA BAŞLADI - VİDEO
237621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.