Bu yanacağın idxalı gömrük rüsumundan AZAD EDİLDİ – QƏRAR

Hazırda oxunan: Bu yanacağın idxalı gömrük rüsumundan AZAD EDİLDİ – QƏRAR

237604

Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq gömrük rüsumundan azad edilir.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bundan əvvəl Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 31 dekabr 2024-cü ilə qədər gömrük rüsumundan azad olub.

Yeni qərar 30 gün sonra, yəni aprelin 3-də qüvvəyə minəcək və 31 dekabr 2025-ci ilə qədər qüvvədə olacaq.

Eyni zamanda Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaqla əlaqədar aksiz dərəcəsi də müvafiq olaraq həmin müddətdən 1 ton üçün 1 manat olacaq.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Qərarların qəbulu ilə idxal olunan reaktiv mühərrik yanacaqlarının (TC-1 markalı və digər kateqoriyalı yanacaq) 31.12.2025-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilməsini (500 nömrəli Qərara dəyişiklik) və idxal aksiz vergisinin 31.12.2025-ci il tarixinədək 1 ton üçün 1 manat ( hazırda 1 ton üçün 80 manatdır) (20 nömrəli Qərara dəyişiklik) təyin olunmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin