Bahar depressiyasının 10 əlaməti - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Hazırda oxunan: Bahar depressiyasının 10 əlaməti - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

237600

əsil dəyişiklikləri zamanı psixoloji sağlamlığa təsir edən amillərdən biri də bahar depressiyasıdır. Həkimlər bildirir ki, "bahar yorğunluğu" kimi qəbul edilən bu vəziyyət, əslində, depressiyanın əlamətləri ola bilər.

Bizim.Media xəbər verir ki, uzman psixoloq Özlem Sosyalın sözlərinə görə, temperatur və rütubət səviyyəsindəki dəyişikliklər bəzi insanlarda depressiya əlamətlərini gücləndirə bilər. O bildirir ki, xüsusilə depressiyaya meyilli insanlar bahar aylarında daha həssas olurlar.

Əsas əlamətlər bunlardır:

Ümidsizlik, ruh düşkünlüyü, günahkarlıq və dəyərsizlik hissi

Halsızlıq, enerji azlığı, gündəlik işlərə marağın itməsi

Səbəbsiz əsəbilik, narahatlıq və qorxular

İştaha və yuxu rejiminin pozulması

Diqqət dağınıqlığı və unutqanlıq

İntihar düşüncələri və özünəqəsd meyli

Bahar depressiyasına qarşı nə etməli?

Mütəxəssislər bu psixoloji vəziyyətin qarşısını almaq üçün sağlam həyat tərzini tövsiyə edirlər:

Yuxu rejiminə diqqət edin: Nizamlı yuxu psixoloji tarazlığı qorumağa kömək edir.

İdman və açıq hava: Gündəlik yürüş və idman serotonin hormonunun ifrazını artıraraq əhvalı yaxşılaşdırır.

Günəş işığından faydalanın: Səhərlər günəş şüaları altında vaxt keçirmək depressiya riskini azalda bilər.

Bol su için: Orqanizmin su balansını qorumaq psixoloji vəziyyətə müsbət təsir edir.

Sağlam qidalanın: Omeqa-3 ilə zəngin qidalar və təbii məhsullar depressiyanın təsirlərini azaltmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, əlamətlər uzun müddət davam edərsə və gündəlik həyata mənfi təsir göstərərsə, mütləq psixoloqa müraciət edilməlidir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin