Rusiyada yaşayan miqrantların NƏZƏRİNƏ: Martın 5-dən...

Hazırda oxunan: Rusiyada yaşayan miqrantların NƏZƏRİNƏ: Martın 5-dən...

237593

Rusiyada qeyri-qanuni yaşayan miqrantların monitorinqi qaydaları çərçivəsində polisin bu əcnəbilərin yaşadığı evlərə və digər yerlərə sərbəst daxil olmaq hüququ olacaq.

Bizim.Media xəbər verir ki, müvafiq qaydalar martın 5-dən qüvvəyə minəcək.

Evlərə girişlə yanaşı, polis əməkdaşları Rusiyanın dövlət qurumlarından və xarici dövlət orqanlarından nəzarətin həyata keçirilməsi üçün zəruri olan, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri təşkil edən məlumat və sənədləri tələb edə biləcəklər.

Bundan əlavə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları əcnəbilərin bank hesabları və bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə banklardan məlumat ala biləcəklər.
Polis həmçinin deportasiya rejiminə düşən xarici vətəndaşlara texniki vasitələrdən istifadə etməklə nəzarət etmək hüququna malik olacaq.

Bununla, hüquq-mühafizə orqanlarına üztanıma sistemi vasitəsilə işləyən mobil cihazların və geolokasiyanın, ödəniş sistemlərinin məlumatlarından istifadə etməyə icazə veriləcək.

Qeyd edək ki, Rusiyada martın 5-dən qeyri-qanuni yaşayan əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması rejimi qüvvəyə minəcək. Deportasiya rejiminə düşənlərin məlumatları xüsusi reyestrdə əks etdiriləcək. Onlara daşınmaz əmlak və nəqliyyat vasitəsi almağa, avtomobil sürməyə, Rusiyada sərbəst hərəkət etməyə, evlənməyə, yeni bank hesablarının açılmasına qadağa kimi müxtəlif məhdudiyyətlər qoyula bilər. Bundan əlavə, deportasiya rejiminə düşən miqrant ayda 30 min rubla qədər nağd pul çıxara biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin