“Azercell”ə bağlı olan “Asan İmza”lar niyə İŞLƏMİR?

Hazırda oxunan: “Azercell”ə bağlı olan “Asan İmza”lar niyə İŞLƏMİR?

237590

İki gündür ölkədə “Asan imza” sistemi çöküb. Nə “Asan imza” şəxsi kabinetə daxil olmaq, nə də “Asan login”də “Asan imza”dan istifadə edərək xidmətlərə giriş mümkündür. Sistem dayandığı üçün bankların, “Dövlət Vergi Xidməti”nin, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nin elektron xidmətlərindən hazırda istifadə etmək olmur. Qaynar xətt ilə də əlaqə yaratmaq çətinləşib. 

Bununla bağlı Bizim.Media-ya şikayətlər daxil olub.

Vətəndaşların dediyinə görə “Bakcell” və “Nar”a bağlı “Asan İmza”larda sistemə daxil olmaq mümkün olsa da, “Azercell”ə bağlı olan “Asan imza” sistemindən istifadə etmək mümkünsüzləşib.

Daha doğrusu “Azercell” abonentləri vergi ödəmə və digər xidmətlərdən istifadə üçün sistemə daxil ola bilmirlər.  

Əvvəlcə “Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə yaratdıq. Qurumdan saytımıza bildirilib ki, “Asan İmza”da yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil:

“Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur”.

“Azercell” mobil operatorundan isə məsələdən xəbərdar olduqları və bununla bağlı ictimaiyyətə açıqlama verəcəkləri bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin