Ramazanda niyə xurma yeyilir?

Hazırda oxunan: Ramazanda niyə xurma yeyilir?

237581

Ramazan ayının ən əhəmiyyətli və ən çox sevilən simvollarından biri olan xurma iftar vaxtının əsas qida məhsullarındandır.

Bizim.Media xəbər verir ki, xurma zəngin qida tərkiblidir.

Orucumuzu niyə xurma ilə açmalıyıq?

Karbohidratlar, minerallar, vitaminlər, doymamış yağ turşuları, zülallar və lif baxımından yüksək olan xurma orucunuzu açarkən həm qida qəbulunu tənzimləyir, həm də bədənin ehtiyac duyduğu vitamin və mineralları qarşılayır. Xüsusilə lif tərkibi sayəsində toxluq hissi yaratdığı üçün iftar zamanı çox yemək yeməyimizə mane olur. Bu, həm də həzm problemlərini, ani qan şəkəri və qan təzyiqi artımlarını önləyir.

Qan şəkəri səviyyəsini balanslaşdırmağa kömək edir, toxluq hissini artırır.

Xurma qida tərkibi sayəsində fiziki və zehni yorğunluğu azaldır, gün ərzində qan şəkərinin düşməsi ilə əlaqədar ortaya çıxan baş ağrısı və halsızlıq hissini tez bir zamanda aradan qaldırmağa kömək edir. Lif və mineral tərkibi ürək-damar sağlamlığını dəstəkləyir, həmçinin qida qəbulunun və bədən çəkisinin nəzarətini təmin edir.

Həzm sistemi sağlamlığını dəstəkləyir

Xurma lif tərkibi sayəsində həzm sisteminə müsbət təsir göstərir və qəbzlik kimi problemlərin qarşısını alır. Ramazan ayında orucu açarkən bu xüsusiyyətləri ilə həzm sisteminin aktivləşməsinə və yavaşlayan həzm prosesinin bərpa olunmasına kömək edir.

Gündəlik nə qədər xurma istifadə edilməlidir?

Xurma istehlakı insanın şəxsi ehtiyaclarına görə dəyişir. Ramazan ayında orucu açmaq üçün 1-2 ədəd xurma, sahurda isə yenə 1-2 ədəd xurma istehlak edilə bilər. Ramazan xaricində isə istədiyiniz zaman, xüsusilə ara yeməklərdə 1-2 ədəd xurma yemək faydalıdır. Ancaq düzgün və balanslı qidalanmaq üçün qida müxtəlifliyini təmin etmək vacibdir. Xurma da digər meyvələrlə birlikdə gündəlik qidalanmada yeyilə bilər.

Şəkər xəstələri xurma yeyə bilərmi?

Şəkər xəstələri də gündə 1-2 ədəd xurma yeyə bilərlər. Lakin hər hansı digər meyvə və qida istehlakı kimi an şəkəri səviyyəsindəki dəyişiklikləri izləmək vacibdir. Şəkər xəstələri xurmanı süd ilə birlikdə istehlak edərək qan şəkərinin artımını nəzarət altına ala bilərlər.

Xurmanın xüsusilə Ramazan ayında orucu açarkən sağlamlığımıza verdiyi faydaları unutmamalıyıq. Hər bir qida kimi, xurmanın da düzgün miqdarda və balanslı şəkildə istifadə edilməsi bədənin ehtiyaclarına uyğun sağlam qidalanmağı təmin edəcəkdir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin