SON DƏQİQƏ: Uşaq bağçası yanaraq külə döndü - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Uşaq bağçası yanaraq külə döndü - VİDEO

237556

Ucarda güclü yanğın baş verib, 10 otaqdan ibarət olan uşaq bağçası və kitabxana yanaraq külə dönüb.  

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Kücəkənd kəndində qeydə alınıb. 

Belə ki, kənddə olan körpələr evi-uşaq bağçasının binası yanıb. 

Yanğın zamanı ümumi sahəsi 320 kvadratmetr, 10 otaqdan ibarət  olan bağca tamami ilə yanaraq yararsız hala düşüb. 

Hadisə yerinə FHN-on Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Qeyd edək ki, uşaq bağçasının binasında yanan 10 otaqdan biri  Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxana olub. 

Yanğınsöndürənlər yanğını  söndürüb və genişlənməsinin qarşısını alıb. 

Əldə etdiyimiz ilkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olduğu bildirilir. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

 

Bizim.Media, Aran bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin