Müəllimləri ona verilən hədiyyəyə görə təhqir edən direktor İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: Müəllimləri ona verilən hədiyyəyə görə təhqir edən direktor İŞDƏN ÇIXARILDI

237514

Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Direktor müəllimləri ona verilən hədiyyəyə görə təhqir etdi - VİDEO


Məlumata görə, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, yayılan səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı 600 manatlıq hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edib.

O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin