Azərbaycanda DƏHŞƏT – Ana azyaşlı qızını kəmərlə döyüb, küçəyə ATDI – VİDEO

Hazırda oxunan: Azərbaycanda DƏHŞƏT – Ana azyaşlı qızını kəmərlə döyüb, küçəyə ATDI – VİDEO

237489

Azərbaycanda daha bir azyaşlı anası tərəfindən fiziki və psixoloji şiddətə məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı və görüntüləri Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz Facebook hesabında paylaşıb. O, bildirib ki, qadın azyaşlı qızını kəmərlə döyüb və həyətə atıb. Bundan əlavə azyaşlını təhqir edərək, cəzaya məhkum edib.
 

Qeyd edək ki, hadisə Suraxanı rayonuna aid ərazilərdən birində baş verib.


Kəmalə Ağazadə şiddətə məruz qalan azyaşlının nəzarətə götürülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Sosial Xidmətlər Agentliyinə, İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmana, Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edib.

Birliyin rəhbəri həmçinin ananın məcburi müalicəyə göndərilməsini və onun valideyn hüququndan məhrum edilməsini tələb edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır:

“Həmin şəxsin kimliyi müəyyən olunub, onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin