Bu il Azərbaycandakı ali təhsil müəssisələrinə qəbul planı artırılıb. Belə ki, 75 mindən çox tələbənin qəbulu planlaşdırılır
Bu, həm, ali təhsil sisteminə daxil olan tələbələrin sayını artırır, həm də keçid ballarına təsir göstərir.
Qəbul planının artırılması keçid ballarına hansı yöndə təsir edəcək?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya danışb.
"Bu il üçün gözləntilərimiz ondan ibarətdir ki, təxminən 80-85 min plan yeri həm bakalavr, həm də magistratura üçün artırılacaq. Daha çox plan yerinin bakalavr pilləsi üçün artırılması hədəflənir. Əlbəttə, qəbul plan yerləri artırılırsa, daha çox kadr hazırlığı üçün nəzərdə tutulan ixtisaslara qəbul artırılır. Belə olan halda bəzi ixtisasların keçid balları da aşağı olaraq formalaşır. Lakin prestijli ixtisasların ballarında dəyişiklik olmur, yüksək qalır. Çünki həmin ixtisaslarda plan yerləri azdır. Hazırki vəziyyətdə keçid ballarına daha çox plan yerləri təsir göstərir. Əsas şərt isə imtahan nəticələridir. Nəticə yüksək olduğu halda keçid balları da artır”, - o deyib.
Onun sözlərinə görə, bu il daha çox 1 və 2-ci ixtisas qruplarında aşağı bal toplayan abituriyentlərin qəbulu gözlənilir.
"Bu istiqamətdə plan yerləri artır. 4-cü ixtisas qruplarında isə ötən illərlə müqayisədə nisbətən azalma ola bilər. Lakin ümumilikdə bütün ixtisas qrupları üzrə pedoqoji ixtisaslarda balın aşağı düşməsini gözləmirik. Eyni zamanda informasiya texnologiyaları ilə bağlı ixtisasların balları yüksək olaraq qalacaq”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:10 / 03.03.2025
Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplar üzrə plan yerləri daha çox ARTIRILACAQ
Hazırda oxunan: Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplar üzrə plan yerləri daha çox ARTIRILACAQ
Hazırda oxunan: Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplar üzrə plan yerləri daha çox ARTIRILACAQ
237462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.