Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.
Bizim.Media xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:43 / 03.03.2025
Ordubadda dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ: Ölən var
Hazırda oxunan: Ordubadda dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ: Ölən var
Hazırda oxunan: Ordubadda dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ: Ölən var
237416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.