Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycan xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu gətirilib. Məlumata görə ən çox toyuq Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirilib. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunub.
Bəs, bu qədər ucuz qiymətə gətirilən toyuqlar hansı məqsəd üçün istifadə edilir?
Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, DSK-nin yaydığı bu məlumat qaranlıq bir məsələnin üzərindən pərdə qaldırıldı:
“2 ilə yaxındır ki, istehlakçılar bizdən soruşurlar ki, 3-ü 10 manata satılan toyuqlar haradan gətirilir, mənşəyi nədir? Mən də hər dəfə bunun yumurtadan kəsilmiş anaş toyuqlar olduğunu demişəm. DSK -nın məlumatını da araşdırarkən aydın oldu ki, biri 65 qəpiyə gətirilən toyuqlar Türkiyədə yumurtadan kəsilmiş anaş toyuqlardır. Bu toyuqları ölkəmizə Naxçıvan gömrüyündə işləyən əslən Nehrəmdən olan Emil adlı bir nəfər gətirir. Yumurtadan kəsilmiş anaş toyuqlar insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bunu araşdırmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:50 / 03.03.2025
Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir? - SENSASİON AÇIQLAMA
Hazırda oxunan: Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir? - SENSASİON AÇIQLAMA
Hazırda oxunan: Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir? - SENSASİON AÇIQLAMA
237398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.