Müqəddəs Qurban bayramının qeyd olunduğu iki gün ərzində sosial şəbəkədə hər il olduğu kimi qoyunların kəsilmiş şəkildə fotoları paylaşılır. Belə fotoları paylaşan sosial şəbəkə istifadəçiləri arasında hər bir yaş təbəqəsindən adam var. Bəs belə fotoların sosisal şəbəkələrdə paylaşılması nə dərəcədə düzgündür?
“Humel” Psixologiya Mərkəzinin sədri, psixoloq Taryel Faziloğlu Moderator.az-a açıqlamasında belə fotoların sosial şəbəkələrdə paylaşılmasının yolverilməz olduğunu bildirdi:xa0
xa0
“Sosial şəbəkədə bu dərəcədə heyvanların kəsilmiş şəkildə paylaşılması psixoloji cəhətdən insanlara mənfi təsir göstərir. Heyvanların qanlı şəkilləri insanlarda aqressiya yaradır və son zamanlar bu qədər belə fotoların paylaşılması kütləvi şəkildə aqressiyanın yüksəlməsinə səbəb olur. Bunun nəticəsində də son zamanlar kriminal xəbərlərin artmasını da müşahidə edirik. Bu kimi fotoları paylaşanlar təkcə psixoloji problemləri olanlar yox, olmayanlar da kütlə psixologiyasına uyaraq belə fotolar paylaşırlar və bunun nəylə nəticələnəcəyindən özləri də xəbərsizdirlər”.
Vasif Əlihüseyn




























































































