Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospektində vətəndaş köməksiz vəziyyətdə qalıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən binanın 1-ci mərtəbəsində yerləşən obyektin damına yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xərəklə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bizim.Media