Sabirabadda avtomobil kanala aşdı - 5 yaralı var

Hazırda oxunan: Sabirabadda avtomobil kanala aşdı - 5 yaralı var

237370

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində beş nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri – 1977-ci il təvəllüdlü Abbasov Babək Yusif oğlu, 2001-ci il təvəllüdlü Adilov Əvəz Rəhman oğlu, 1991-ci il təvəllüdlü Fərəcov Davud Ramiz oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Ceyhun Məhəmməd oğlu və Abşeronun Xırdalan qəsəbəsinin sakini 1998-ci il təvəllüdlü Məmmədzadə Babək Ehtiram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkmişlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin