Bakıda ŞOK cinayətin üstü açıldı

Hazırda oxunan: Bakıda ŞOK cinayətin üstü açıldı

237325

Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

Bizim.Media xəbər verir ki, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.

Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.

H.Kazımov da ifadəsində 1 000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov dörd sutkalıq həbs edilib. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin